Suriya İsraillə barışa yox dedi: "Əvvəlcə ABŞ ordusu çıxmalıdır"
Suriya Prezidenti Əhməd Əş-Şəraa BƏƏ, Bəhreyn, Mərakeş və Sudan kimi "İbrahim Razılaşmalarına" qoşulmaqdan imtina edib.
Amerikalı konqresmen Kori Millsin İsraillə münasibətlərin normallaşdırılması barədə sualına cavab olaraq Əhməd Əş-Şəraa bildirib ki, ilk növbədə ABŞ Suriyanın işlərinə müdaxiləni dayandırmalıdır, — deyə Levant24 agentliyi xəbər verir.
"Əvvəlcə onlar Suriyaya müdaxiləni, bombalamaları dayandırmalı və işğal etdikləri Suriya torpaqlarından ordularını çıxarmalıdırlar. Yalnız bundan sonra biz razılaşma imzalanması məsələsini müzakirə edə bilərik", — deyə prezident vurğulayıb.
O əlavə edib ki, "İbrahim Razılaşmalarını" imzalayan ölkələrin əraziləri İsrail tərəfindən işğal olunmayıb, Suriyada isə vəziyyət tam fərqlidir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər