30-04-2025, 12:22 0 Diaspora

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək - VİDEO

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək - VİDEO
Azərbaycanın Diaspor Gənclərinin VI Yay Düşərgəsi bu il Xankəndində keçiriləcək. Düşərgə, gənclərin mədəniyyətlərarası təcrübə paylaşması və gələcək əməkdaşlığa zəmin yaratmaq üçün möhtəşəm bir platforma olacaq.

Avqustun 3-dən 9-na qədər keçiriləcək tədbir, dünyanın müxtəlif ölkələrindən və Azərbaycana dost xalqlardan olan gəncləri bir araya gətirəcək.

Bu unikal tədbir, əvvəlki illərdə Şəki, Şamaxı, Şuaşa, Naxçıvan və Laçında təşkil olunan düşərgələrin ənənəsini davam etdirir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan düşərgə, müxtəlif seminarlar, təlimlər və sosial fəaliyyətlərlə zəngin olacaq.



✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: