27-04-2025, 09:49 6 Diaspora

Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO

Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO
Azərbaycanın Mərakeşdəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Rabat Amerikan Məktəbində keçirilən “Bir Cəmiyyət – Çoxsaylı Mədəniyyətlər” devizi altında təşkil olunan Mədəniyyət Günündə layiqincə təmsil olunub.

Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO

Tədbirə Amerika Birləşmiş Ştatları, Türkiyə, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, Braziliya, İspaniya və Cənubi Afrika da daxil olmaqla ümumilikdə 19 ölkə qatılıb. Azərbaycan isə öz zəngin mədəni irsi ilə tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.



Azərbaycan stendində qonaqlara milli mətbəximizin seçmə nümunələri – göyərtili, pendirli və ətli qutablar təqdim olunub. Həmçinin ləbləbi, şəkərbura, paxlava, qoğal, Qarabağ kətəsi və badambura kimi milli şirniyyatlarımız tədbirə gələnlərin böyük rəğbətini qazanıb. Balxurma şirkətinin təqdim etdiyi məhsullar isə xüsusi maraqla qarşılanıb.



Tədbir çərçivəsində “Nərgiz” jurnalının təşəbbüsü ilə dərc olunmuş “Əlifba. Cultural alphabet” kitabı məktəbin kitabxanasına hədiyyə olunub.

Milli ornamentlərlə bəzədilmiş, zəngin kulinariya nümunələri və qonaqpərvər atmosferi ilə seçilən Azərbaycan stendi tədbirin ən çox ziyarət edilən məkanlarından biri olub.



Mədəniyyət Günü müxtəlif xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən, multikultural dəyərlərin təbliğ olunduğu əlamətdar bir tədbirə çevrilib. Azərbaycanın Rabatdakı Səfirliyinin təşəbbüsü və fəal dəstəyi ilə ölkəmiz bu beynəlxalq platformada öz zəngin mədəni irsi ilə yaddaqalan bir iz qoyub.





✍️"Ulusum".az

Şərhlər:
Xatirə M.
27 aprel 2025 22:26

Çox yaxşı etmisiz bizim stendi qurmusuz oralıqda

Məleykə Hüseynova
27 aprel 2025 22:28

Day stendə quru -quru şəkil vurana kimi sac qoyardız b kəlağaıyılı xanım bişirərdi yeyərdilər. Quru-quru qurbanın olumdu bu.

Namiq Ş.
27 aprel 2025 22:30

Adam komment yazmağına peşiman olur burda. Bu şriftləri yığışdırsaz yaxşı olardı.

Ç.Şövkət
27 aprel 2025 22:32

Hə bax bizim səfirimizə də afərin. Eşitmişəm , deyirlər çox yaxşı ,tərbiyəli insandı. Ümumiyyətlə xəbərlərdə həmişə diaspor səhifəsini və küc strukturların izləməyi sevirəm. 

Brilyant xanım
27 aprel 2025 22:42

Bizim mətbəx çox zəngindi. Çinar şokoladımızı spisoka salsın. Elə şəkərbura paxlava. Bizim başqa şiriniyyatlarımız da var

Nurka
27 aprel 2025 22:44

Bəli, Gıncə mətbəxinə, şəki mətbəxinə müraciət etmək lazımdı. Hələ Lənkəran , Naxçıvan demirəm. Vallah elə yeməklərimiz,şiriniyyatlarımız var ki heçkəs o haqda bilmir. 

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: