Starlink ÇÖKDÜ! Minlərlə istifadəçi internetsiz qaldı
Qlobal internet əhatəsini təmin etməyi hədəfləyən peyk sistemi Starlink, amerikalı milyarder iş adamı Elon Musk-ın sahibi olduğu SpaceX tərəfindən yaradılıb.
Lakin milyardlarla dollara başa gələn bu internet təminatçısı peyk sistemi Starlink çökmə ilə üzləşib. On minlərlə istifadəçi bağlantı problemi ilə bağlı şikayətlərini bildiriblər.
DownDetector platformasında paylaşılan məlumatlara görə, ABŞ-ın Merilend - Vaşinqton DC, Şimali Kaliforniya, Texasın kənd əraziləri və İndiana ştatının mərkəzi də daxil olmaqla bir çox bölgədə kəsintilər yaşanıb. X sosial şəbəkəsində yazan bəzi istifadəçilər, Avropada da Starlink-ə çıxışda problemlər olduğunu bildiriblər.
Starlink tərəfindən verilən açıqlamada internet xidmətinin verilməsində problem yarandığı təsdiqlənib və problemin aradan qaldırılması üçün iş aparıldığı bildirilib.
Elon Musk isə X hesabında paylaşım edərək, sistemin yenidən işə salınması üçün işlərin davam etdiyini və bu problemin təkrarlanmaması üçün daimi bir həll yolları axtarıldığını vurğulayıb.
Şirkət mənbələri və rəsmi qurumlar isə indiyə qədər hadisənin kiber hücumla bağlı ola biləcəyi ehtimalını təsdiqləməyiblər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi