Kıvanç Tatlıtuğ ekranlara möhtəşəm dönüş edir - FOTO
"Kuzey Güney", "Cesur ve Güzel", "Çarpışma", "Aile" və xüsusilə "Aşk-ı Memnu" serialındakı Behlül obrazı ilə yaddaşlarda qalan məşhur aktyor Kıvanç Tatlıtuğ yeni bir layihə ilə televiziya ekranlarına qayıdır. Uğurlu aktyor, Adam Fawer-in çox satan "Olasılıksız" (Azərbaycanca: "Ehtimalsız") romanının serial adaptasiyasında baş rolu canlandıracaq.

Kıvanç, elmi fantastika və gerilim janrında oxucuların böyük marağına səbəb olan Adam Fawer-in kult əsəri "Olasılıksız"ın serial versiyasında yer alacaq. Bu adaptasiyanın Türk televiziya sektoruna fərqli bir ab-hava gətirəcəyi gözlənilir. Layihənin tamaşaçılara yenilikçi və fərqli bir hekayə təqdim edəcəyi vurğulanır.
Layihənin prodüseri OGM Pictures olacaq
Serialın prodüserliyi son illər bir çox uğurlu layihəyə imza atan OGM Pictures-ə həvalə olunub. Layihə şirkətin sosial media hesablarında rəsmi olaraq elan edilib və ekranlara yeni mövsümdə gələcəyi bildirilib.

Ssenari Necati Şahin tərəfindən yazılır
Adaptasiyanın ssenarisi tanınmış ssenarist Necati Şahin tərəfindən qələmə alınır. Hələlik serialın çəkiliş cədvəli və tam heyəti açıqlanmayıb. Lakin layihəyə dair əlavə detalların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi