Mehmet Aslantuğ ekranlara geri dönür – "Qadağan olunmuş bir eşq hekayəsi ilə"
Usta aktyor Mehmet Aslantuğ rəqəmsal platforma olan Disney Plus üçün hazırlanan “Aşk” adlı iddialı serialla ekranlara qayıtmağa hazırlaşır. Ay Yapım imzası daşıyan layihədə o, gözəl aktrisa Birce Akalayla baş rolu paylaşacaq.
Yeni ekran cütlüyü: Mehmet Aslantuğ və Birce Akalay

Hazırlıq işləri davam edən və Banu Kiremitçi Bozkurt tərəfindən qələmə alınan serialın rejissoru Burak Müjdeci olacaq. Daha əvvəl layihəyə Birce Akalayla razılaşan prodüserlər, indi də Türk kino və televiziya sənayesinin dəyərli simalarından olan Mehmet Aslantuğla prinsipial razılıq əldə ediblər. O, serialda Yalçın adlı xarizmatik və nüfuzlu bir obrazı canlandıracaq. Serialın digər aktyor heyəti ilə bağlı seçim prosesi isə hələ də davam edir.
Qadağan olunmuş bir eşq hekayəsi...
Serialın mövzusu xüsusilə maraq doğurur – burada qadağan olunmuş sevgi xətti işlənəcək. Birce Akalayın canlandıracağı Aylin, tanınmış geyim markasının sahibi olan Yalçınla evlidir və lüks bir həyat yaşayır. Gənc yaşlarında etdiyi ilk evliliyindən Şirin, Yalçınla evliliyindən isə Pelin adlı iki qızı var. Lakin Aylinin həyatı Madridə etdiyi bir iş səfəri zamanı təsadüfən tanış olduğu Karan adlı bir kişi ilə tanışlıqdan sonra tamamilə alt-üst olacaq...
Yeni serial sevgi, ehtiras və daxili ziddiyyətlərlə dolu dramatik bir hekayə vəd edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi