Miri Yusif Varşavada konsert verdi - FOTO
Xalq artisti Miri Yusif Varşavada konsert proqramı ilə çıxış edib.
Ulusum.az xəbər verir ki, konsert şəhərin mərkəzində yerləşən OCZKI klubunda baş tutub və yerli azərbaycanlı icması ilə yanaşı, müxtəlif millətlərdən olan musiqisevərləri bir araya gətirib.

28 May - Müstəqillik Günü münasibətilə soydaşlarımız ilə bir araya gələn Miri Yusif səhnədə DJ China ilə birlikdə çıxış edərək, həm yeni, həm də illərdir sevilən hitlərini ifa edib.

Repertuarında "Ağ təyyarə", "Karma" və "Sənin üçün" kimi məşhur mahnılar yer alıb. Konsertin təşkilatçıları tədbirin yüksək səviyyədə keçməsi üçün xüsusi səhnə və səs texnologiyaları tətbiq ediblər.

Tamaşaçılar Miri Yusifin canlı ifasına böyük coşqu ilə qoşulublar və konsert boyu müğənni ilə birlikdə mahnılar səsləndiriblər. (baku.ws)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi