Azərbaycan muğamı Mərakeş səmasında səsləndi: FOTO - VİDEO
Azərbaycanın zəngin musiqi irsi Mərakeşin mədəniyyət mərkəzi sayılan Fəs şəhərində keçirilən 28-ci Dünya Müqəddəs Musiqilər Festivalında böyük uğurla təqdim olunub.

Ölkəmizi Əməkdar artist, tanınmış tar ifaçısı Sahib Paşazadə və Əməkdar artist, peşəkar nağara ustası Kamran Kərimov təmsil ediblər. “Renaissances” (“Dirçəlişlər”) adlı tematik proqram çərçivəsində baş tutan çıxış Fəsin məşhur Jnan Sbil bağında gerçəkləşib və 600-dən çox yerli və xarici tamaşaçının böyük marağına səbəb olub.

İçində əsrlərin coşqusu, savaşların nəbzi gizlənən nağara, qəlblərin dərinliyindən süzülüb dinməyəni dilləndirən tar və avazıyla insan ruhunu oxşayan Azərbaycan muğamı, üçü heç bir təzyiq, qısqanclıq və ya rəqabət olmadan, biri digərini müşayiət edərək səhnədə Azərbaycan musiqisinin nəfəsini və ruhunu canlandırdı. Tar və nağaranın vəhdətində səslənən bu təqdimat ifaçıların peşəkarlığı və improvizasiya ustalığı ilə tamamlanaraq, Fesin qəlbində unudulmaz musiqi anları yaşatdı, Mərakeşin ay-ulduzlu səmasında isə Azərbaycan muğamının dərin, emosional və fəlsəfi sədası əks-sədasına çevrildi.

Bu vəhdət, öz orijinallığı, melodik zənginliyi və mənəvi dərinliyi ilə Qafqazdan Qazaxıstan çöllərinə qədər uzanan musiqi körpüsündə fərqlənən bir səsə çevrildi.
Və həmin səs, sanki səhnədən səssizcə “mənim səsim daha ucadır” deyə pıçıldayaraq könüllərə yol tapdı. Bu təqdimat festivalın ən yaddaqalan və emosional çıxışlarından biri kimi Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına dəyərli töhfə verdi.

Bu çıxış Azərbaycanın Mərakeşdəki Səfirliyinin və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkilatçılığı ilə gerçəkləşib. “Fondation Esprit de Fès” tərəfindən keçirilən bu nüfuzlu festival artıq 28 ildir ki, dünya musiqi irsinin qorunması və xalqlar arasında mədəni dialoqun təşviqi məqsədi daşıyır.

Qeyd edək ki, festivalda Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, səfirliyin diplomatları, həmçinin diasporanın nümayəndələri də iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakı, Ulusum.az-a Mərakeşdən xüsusi əməkdaşımızın verdiyi məlumata görə, ölkəmizin mədəni diplomatiya sahəsində nüfuzunun artmasına, həmçinin milli musiqi irsimizin beynəlxalq arenada daha geniş tanıdılmasına mühüm töhfə verir.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?