Qəzzada Aclıq Faciəsi: Minlərlə Uşaq Ölüm Riski Altındadır
Qəzzadakı Fələstin hökuməti İsrailin hücumu və işğalı altındakı Qəzza zolağında 3 500-dən çox uşağın aclıqdan həyatını itirmə riski ilə üz-üzə olduğunu bildirib.
Hökumətin media ofisinin Telegram hesabından edilən açıqlamada, "Dəhşətli beynəlxalq susqunluğun ortasında, süd və ərzaq qıtlığı, qida əlavələri çatışmazlığı, uşaqların peyvəndlərdən məhrum edilməsi və ardıcıl dördüncü həftə ərzində humanitar yardımın qarşısının alınması vəziyyətində, İsrail işğalının uşaqları aclıqla cəzalandırma siyasətinin nəticəsi olaraq, Qəzza zolağında 5 yaşdan aşağı 3 500-dən çox uşaq tədricən ölüm riski ilə üzləşib," ifadələri yer alıb.

Açıqlamada, Qəzzəli uşaqların "bədənlərinin quruluşunu təsir edən, inkişaflarını ləngidən və həyatda qalmalarını təhdid edən infeksion xəstəliklərə yoluxma riski ilə üzləşən yüksək dərəcədə qidalı qıtlıqdan" əziyyət çəkdikləri qeyd edilib və uşaqların sistematik şəkildə məruz qaldıqları bütün böhranlara "radikal və təcili bir həll" tapılması çağırısı edilib.
Beynəlxalq ictimaiyyətə, BMT və beynəlxalq təşkilatlara, uşaqlarla bağlı təşkilatlara və bütün dünya ölkələrinə məsuliyyətlərini yerinə yetirərək aclıq içində olan Qəzzədəki uşaqları xilas etmələri üçün çağırış edilib. Açıqlamada belə ifadələr yer alıb.
"Soyqırım müharibəsində 15 438 uşaq ölüb, on minlərlə uşaq yaralanıb, 17 mindən çox uşaq isə valideynlərindən birini və ya hər ikisini itirib. Yaşadıqları dəhşətin yanında, xüsusilə uşaqların yüksək səviyyədə psixoloji dəstəyə ehtiyacı var. Dağıdıcı müharibə, köçkünlük və İsrailin təcavüzkarlığının digər nəticələri səbəbindən 335 min uşaq son dərəcə çətin bir həyat yaşamaqdadır. Beynəlxalq Cinayət Məhkəməsinə, digər bütün beynəlxalq məhkəmələrə və dünyadakı bütün azad hakimlərə uşaqları sistematik olaraq hədəf alan İsrailli və ABŞ-lı müharibə cinayətkarlarının təqib olunması çağırışı edirik."
Açıqlamada həmçinin beynəlxalq ictimaiyyətdən Qəzzədəki "soyqırım müharibəsinin" dayandırılması, Refah və Kerem Ebu Salim sərhəd keçidlərinin və digər bütün quru keçidlərinin açılması və müxtəlif növ uşaq qidalarının girişinə icazə verilməsi üçün İsrail və ABŞ-a təzyiq göstərilməsi tələb olunub.
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda ən azı 15 328-i uşaq, 10 171-i qadın olmaqla 36 439 fələstinli ölüb, 82 627 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, həmçinin xalqın sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınıb və mülki infrastruktur dağıdılıb.

ABŞ, Qəzza hücumlarının başlanğıcından bu yana müttəfiqi İsrailə hərbi, kəşfiyyat və diplomatik səviyyələrdə güclü dəstək göstərib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO