İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanılıblar - VİDEO
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanılıblar.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi