Çətənə kolu yetişdirən şəxs saxlanıldı
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat Cəfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulusum.az-a bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş həmin şəxsdən "Makarov" markalı tapança götürülüb.
Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün "ada" hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.
Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO