Narkotik plantasiyası aşkarlanıb: Silahlı dəstə həbs olundu
Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb.
Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.
Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar.
Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi