“28 May”da əməliyyat - 4 kiloqram heroini götürüb polisdən qaçmaq istədi
Bakıda külli miqdarda narkotik vasitə ilə saxlanılan Gürcüstan vətəndaşı həbs edilib. Ona 9 il həbs cəzası verilib.
Musavat.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Elşən Əliyev Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Məlumata görə, Elşən Əliyev “28 May” metrostansiyasının yaxınlığındakı ərazidə olan zibil qutusunun arxa hissəsinə qoyulan 4 kiloqram heroini götürən zaman polis əməkdaşları tərəfindən tutulub.
Əməliyyat zamanı polisləri görən Elşən hadisə yerindən qaçmaq istəsə də, saxlanılıb. O, əlində olan mobil telefonu yerə çırparaq sındırıb.
İstintaq zamanı müəyyən edilib ki, Elşən narkotiki əvvəlcədən tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə edəcəkmiş. Belə ki, həmin İran vətəndaşı ona narkotikin olduğu yeri bildirən konum göndərib. Razılığa əsasən, Elşən ona 300 manat verməli imiş.
Elşən tutulmazdan əvvəl son bir neçə ildə Azərbaycandan Gürcüstana gedib gəlib. Son olaraq Dövlət Miqrasiya Xidmətindən 1 illik müvəqqəti yaşamaq üçün icazə alıb. Lakin müddət başa çatsa da, Azərbaycanı tərk etməyib.
Elşən ittihamla özünü təqsirli bilməyib. Deyib ki, İran vətəndaşı ilə danışan zaman qeyd edilən ünvandan öz istifadəsi üçün 60 qram nəşə götürəcəkmiş. Lakin gedərkən heroini bankada görüb. Onun sözlərinə görə, həmin narkotiki götürmək niyyəti olmayıb.
Məhkəmənin hökmü ilə Elşən Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO