Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu
Yunus Əmrə — sufi-dərviş, xalq ozanı, təkkə şeiri ənənəsinin banilərindən biri, "Vəhdəti-vücud" fəlsəfəsinin ardıcılı, türk dünyasının dahi sənətkarlarından və türk ədəbiyyatında ilk mütəsəvvüf şairlərdəndir. Onun yaradıcılığı sadə və anlaşıqlı dili ilə dərin mənəvi məzmunu birləşdirərək əsrlər boyu insanlara ilahi sevgini və əxlaqi dəyərləri aşılayıb.
Bir çox mənbələrdə Yunus Əmrənin müxtəlif bölgələrdə dəfn edildiyi qeyd olunsa da, onun məzarının Azərbaycanın Qax rayonunda yerləşdiyi sübuta yetirilmişdir ki, bu işdə araşdırmaçı jurnalist Jalə Cəfərovanın böyük rolu olmuşdur.
Yunus Əmrə
2025-ci il aprelin 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mənəviyyatın, elmin və sözün işığı bir araya gəldi. Fəlsəfə elmləri doktoru, tanınmış tədqiqatçı, jurnalist və yazıçı Jalə Cəfərovanın missioner şair Yunus Əmrəyə həsr etdiyi “Dünyanı Yaxşılar Gözəlləşdirir” adlı kitabın və eyniadlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədov bu ekran əsərində Yunus Əmrənin həyat və fəlsəfəsini vizual-poetik dillə tamaşaçılara çatdırmağı bacarıb. Onun sənədli film sahəsindəki zəngin təcrübəsi və peşəkarlığı bu layihədə də öz əksini tapmışdır.
Etibar Məmmədov
Videoçarxda sanki Jalə xanım 700 il öncəyə səyahət edir, müdrik Yunus Əmrənin dilindən onun könül dünyasını dinləyirdi. Onunla mənəvi qarşılaşmasında duyduğu həyəcan o qədər dərin idi ki, qışın soyuğunu belə hiss etməmişdi. Sanki Yunus Əmrə zamanın sədini aşaraq Jalə xanımın könlünə yol tapmış, ona sükutla, amma ruh dili ilə səssiz hikmətini anlatmışdı.
Sənəti və səsi ilə hər zaman seçilən Həlimət Məmmədovanın gurultulu alqışlarla qarşılanan ifasında “Eşq” kompozisiyası səhnəyə sözün əsl mənasında musiqili avazları ilə “Ya Allah, Ya Allahu” deyərək Yunus Əmrənin dilindən bəşəri Allahı sevməyə, əxlaqi ucalığa çağıran ruhi bir cazibə və mənəvi rəng qatdı. Onun hisslərlə yoğrulmuş, ahəngdar və möhtəşəm tərzdə səsləndirdiyi bu əsər, tədbir iştirakçılarında sadəcə sükut deyil, ruhlara toxunan dərin bir harmoniya və ilahi duyğular oyatdı.
Həlimət Məmmədova
Əli Şamil müəllim öz folklorşünas yanaşması ilə tədbirə dəyərli töhfələrini təqdim edib.
Əli Şamil
Ədəbiyyatşünas alim Bədirxan Əhmədov Jalə xanımın yaradıcılığına yüksək qiymət verərək, onun sənətini təqdir edib.
Bədirxan Əhmədov
Türkoloq Firuzə Ağayeva isə çıxışında Yunus Əmrənin ədəbiyyat tarixindəki yüksək mövqeyindən söz açaraq, onun mənəvi irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Firuzə Ağayeva
Tədbirdə psixoloq Luminet Emrahlı da çıxış edərək, əsərin və filmin insan ruhuna təsirini və bu cür layihələrin psixoloji əhəmiyyətini qeyd edib.
Luminet Emrahlı
Sonda isə alqışlarla ayağa qalxan tamaşaçılar sanki bir ağızdan, bu ilahi enerjini hiss etdirən gecənin baş memarı Jalə Cəfərovaya minnətdarlıq duyğularını ifadə edirdilər. Mən də bu nurlu tədbirin yaradıcısı və müəllifi kimi, Jalə xanıma dərin təşəkkürümü bildirirəm. O, məsləkinə olan sədaqəti ilə şəxsi rahatlığını ikinci plana ataraq, bu əvəzsiz gecəni gerçəkləşdirməyi bacardı. Onun fəaliyyəti təkcə bu günü deyil, həm də səhəri düşünən, gələcək nəsilləri ruhlandıran sivilizasiyanın simvolu kimi daim parlayacaq.

Jalə Cəfərovaya dərin təşəkkürlər, var olun, hər zaman işığınızla yolumuza nur saçın!
R.İkramlı
Bir çox mənbələrdə Yunus Əmrənin müxtəlif bölgələrdə dəfn edildiyi qeyd olunsa da, onun məzarının Azərbaycanın Qax rayonunda yerləşdiyi sübuta yetirilmişdir ki, bu işdə araşdırmaçı jurnalist Jalə Cəfərovanın böyük rolu olmuşdur.

2025-ci il aprelin 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mənəviyyatın, elmin və sözün işığı bir araya gəldi. Fəlsəfə elmləri doktoru, tanınmış tədqiqatçı, jurnalist və yazıçı Jalə Cəfərovanın missioner şair Yunus Əmrəyə həsr etdiyi “Dünyanı Yaxşılar Gözəlləşdirir” adlı kitabın və eyniadlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədov bu ekran əsərində Yunus Əmrənin həyat və fəlsəfəsini vizual-poetik dillə tamaşaçılara çatdırmağı bacarıb. Onun sənədli film sahəsindəki zəngin təcrübəsi və peşəkarlığı bu layihədə də öz əksini tapmışdır.

Videoçarxda sanki Jalə xanım 700 il öncəyə səyahət edir, müdrik Yunus Əmrənin dilindən onun könül dünyasını dinləyirdi. Onunla mənəvi qarşılaşmasında duyduğu həyəcan o qədər dərin idi ki, qışın soyuğunu belə hiss etməmişdi. Sanki Yunus Əmrə zamanın sədini aşaraq Jalə xanımın könlünə yol tapmış, ona sükutla, amma ruh dili ilə səssiz hikmətini anlatmışdı.
Sənəti və səsi ilə hər zaman seçilən Həlimət Məmmədovanın gurultulu alqışlarla qarşılanan ifasında “Eşq” kompozisiyası səhnəyə sözün əsl mənasında musiqili avazları ilə “Ya Allah, Ya Allahu” deyərək Yunus Əmrənin dilindən bəşəri Allahı sevməyə, əxlaqi ucalığa çağıran ruhi bir cazibə və mənəvi rəng qatdı. Onun hisslərlə yoğrulmuş, ahəngdar və möhtəşəm tərzdə səsləndirdiyi bu əsər, tədbir iştirakçılarında sadəcə sükut deyil, ruhlara toxunan dərin bir harmoniya və ilahi duyğular oyatdı.

Əli Şamil müəllim öz folklorşünas yanaşması ilə tədbirə dəyərli töhfələrini təqdim edib.

Ədəbiyyatşünas alim Bədirxan Əhmədov Jalə xanımın yaradıcılığına yüksək qiymət verərək, onun sənətini təqdir edib.

Türkoloq Firuzə Ağayeva isə çıxışında Yunus Əmrənin ədəbiyyat tarixindəki yüksək mövqeyindən söz açaraq, onun mənəvi irsinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Firuzə AğayevaTədbirdə psixoloq Luminet Emrahlı da çıxış edərək, əsərin və filmin insan ruhuna təsirini və bu cür layihələrin psixoloji əhəmiyyətini qeyd edib.
Luminet EmrahlıSonda isə alqışlarla ayağa qalxan tamaşaçılar sanki bir ağızdan, bu ilahi enerjini hiss etdirən gecənin baş memarı Jalə Cəfərovaya minnətdarlıq duyğularını ifadə edirdilər. Mən də bu nurlu tədbirin yaradıcısı və müəllifi kimi, Jalə xanıma dərin təşəkkürümü bildirirəm. O, məsləkinə olan sədaqəti ilə şəxsi rahatlığını ikinci plana ataraq, bu əvəzsiz gecəni gerçəkləşdirməyi bacardı. Onun fəaliyyəti təkcə bu günü deyil, həm də səhəri düşünən, gələcək nəsilləri ruhlandıran sivilizasiyanın simvolu kimi daim parlayacaq.

Jalə Cəfərovaya dərin təşəkkürlər, var olun, hər zaman işığınızla yolumuza nur saçın!
R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
