"Dünyanı Yaxşılardır Gözəlləşdirir" İstanbulda böyük maraqla qarşılandı
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova İstanbulda, Türk Ədəbiyyatı Dergisində "Dünyanı Yaxşılardır Gözəlləşdirir" adlı kitabı və filminin təqdimatını keçirib.

Təqdimat həm Türkiyənin, həm də Azərbaycanın tanınmış ziyalıları, elm və sənət adamları, ictimai fəalları tərəfindən geniş maraqla qarşılanıb.
Tədbir, T.Ə.D.-nin üzvü Saadet Örmeci tərəfindən açılaraq, yazarın həyat və yaradıcılığı haqqında qısa məlumat verilib.

"Mövzuya giriş bu sözlərlə açıldı: 'Yüzyılları aşan fikirləri ilə tarixdə önəmli mütəfəkkir kimi qəbul edilmiş, humanizmin örnəyi sayılan, Allaha sevgisini və əxlaqla bağlı dərin düşüncələrini paylaşan, Türkiyə Anadolusunun yetirdiyi böyük övliyalardan biri olan, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı və bu gün də Azərbaycanda nəfəsi duyulan Yunus Əmrəyə həsr olunmuş kitab və filmin təqdimatına xoş gəlmisiniz.'"
Filmin nümayişindən sonra çıxışlar edilərək, filmə dair dərin və maraqlı müzakirələr başladı
Girişdən sonra Jalə Cəfərova əvvəlcə Azərbaycanın və Türkiyənin şəhidlərini, eləcə də Türk Ədəbiyyatı Dərnəyinin yaradıcısı və başqanı Ahmet Kabaklını və bir ay əvvəl 30 ildən artıq müddətdə Türkiyədə yaşamış, böyük yazar və publisist Mayıs Əlizadənin xatirəsini dərin ehtiramla yad etdi.
Öz fikirlərini bildirmək üçün söz alan Azərbaycanın böyük dostu, İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah, tarixi və etnoqrafik araşdırmalar müəllifi, ölkəmizin ən çətin günlərində yanımızda olan İbrahim Yıldırımın maraqlı çıxışı bütün iştirakçılarda dərin təsir yaratdı və onları duyğulandırdı.
Həmçinin, İstanbulda "Ən Yaxşı Rəssam" mükafatını qazanan Azərbaycan əsilli türk rəssamı Timur Taştekin, Azərbaycan mədəniyyətini Türkiyədə, xüsusilə İstanbulda böyük zövqlə təbliğ edən Azərbaycan-Türkiyə Mədəniyyət Evinin başqanı Hikmet Əlp və Türk Ədəbiyyatı Vəqfi İdarə Heyətinin sədri Serhat Kabaklı çıxış edərək, Jalə Cəfərovanın Yunus Əmrəyə həsr olunmuş kitabı və filmin təqdimatına dair fikirlərini bildirdilər.
Onlar, Yunus Əmrənin həm türk dünyasının ortaq dəyəri, həm də insan sevgisi və sufizm fəlsəfəsi ilə milli və beynəlxalq səviyyədə tanınan bir şair olduğunu vurğulayaraq, bu xüsusiyyətlərin filmdə əks olunduğunu bildirdilər. Həmçinin, onun "Divan" və "Risalətün-Nüshiyyə" əsərlərinin dərin dil və məna zənginliyi ilə türk mədəniyyətinin ən dəyərli irslərindən biri olaraq uzun illər boyu qorunub saxlanacağını qeyd etdilər.
Təqdimata qatılan Mayıs Əlizadənin ailəsi, səmimi və dərin hörmətlə qarşılanaraq, bütün qonaqlar tərəfindən isti və içdən bir sevgi ilə əhatə olundu.
Çıxış edənlər, həmçinin, Jalə Cəfərovanın əldə etdiyi uğurların zəka və əzmkarlığının nəticəsi olduğunu vurğulayıb, yaradıcılığında daha da irəliləməsi və yeni zirvələrə doğru addımlaması üçün ona ən yaxşı arzu və diləklərini çatdırdılar.
Təqdimatın sonunda, Jalə Cəfərova, bu möhtəşəm tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirərək, iştirakçılara kitabını və Azərbaycanın mədəniyyətini simvolizə edən xüsusi hədiyyələr təqdim etdi və bu gözəl, mənalı anı bir daha unudulmaz hala gətirdi.

Qeyd edim ki, Jalə Cəfərova işlərinin çoxluğu səbəbindən xəbəri bizə gec çatdırıb.
R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO