Ot bazarında qiymət şoku – Ət yenə bahalaşacaq? - VİDEO
Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.
Ulusum.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksək olsa da, ot bazarında qiymətlər hələ də yüksək səviyyədə qalır. Tovuzda satıcılar qiymətlərin nisbətən aşağı düşdüyünü iddia etsələr də, alıcılar əksini deyir və qiymətlərin əvvəlki kimi yüksək olduğunu bildirirlər.
Hazırda Şəki və İsmayıllı bölgələrində quru otun bir bağlaması 4-6 manat arasında satılır. Bazarda otun qiyməti 2 manatdan başlayır, lakin heyvanlar üçün daha faydalı sayılan yonca və vələmirin bağlaması 4-5 manatdan da yuxarı təklif olunur.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, yem və digər təsərrüfat xərclərinin artması sonda ət məhsullarının da bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, yaxın vaxtlarda ətin qiymətində yenidən artımın baş verməsi qaçılmazdır.
Ətraflı süjetdə:

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi