Son günlər bazarlarda ağartı məhsulları bahalaşıb
Son günlər Salyan bazarlarında ağartı məhsullarının qiymətində artım hiss olunur. Bu vəziyyətdən həm alıcılar, həm də satıcılar narahatdır. Ağartı məhsulları demək olar ki, bürün ailələrin əsas qida mənbələrindəndir. İllərdir bu məhsullara maraq onların qiymətinin stabil qalması ilə nəticələnirdisə, bu il həmin sahədə də qiymət artımı müşahidə olunur. Satıcılar qiymət artımının tək onlara yox, alıcılara da mənfi təsir etdiyini bildirir. Belə ki, artıq uzun müddətdir Salyanın ağartı məhsulları bazarında durğunluq hökm sürür. Satıcı Dilbər Yaqubova deyir ki, “Şoru gətirilər 2 manata, satırıq 2.50-yə. 50 q.ondan pul qazanırıq. Bax, günortadan keçibhələ yarım kilo biz tərəziyə şor qoymamışıq. Heç yarım kilo pendir satmamışıq. Pensiya alırıq, qaçıb məhsul alırıq ki, nəsə sataq, o da yoxdur. Alıcılıq qabiliyyəti yoxdur. Baha alırıq. Gətirənə mən necə deyim sən malını at çölə? Deyə bilmirəm, məcburam o nə deyir mən də elə alım. Deyirəm 50q.mən qoyum. 2.50 q verəndə mən də 50 q qoyanda ala bilmir camaat”.
Alıcılar da satıcılar da qədər eyni dərddədir. Hər kəs qiymətlərin bahalığından şikayətlənir. Alıcılar məsələnin bu həddə çatmasını rayonda heyvandarlığa marağın itməsi, yem bazasının azalmasına bağlayır. Bazarda alıcıların da fikirlərini öyrənməyə çalışdıq. Rayon sakini Şahlar Salahov deyir ki, “Mən kənddə yaşayıram, heyvan da saxlayırarm. Düzdür, süd, qatıq əldə edirik, amma bir müddət sonra yem bazasının zəifləməyi heyvanların belə deyək bazardan da almaq ehtiyacı yaranır. Düzdür, keçən ilə nisbətən bir az qiymətlərdə bahalaşma var, təqribən 50 q, 1 manat bahalaşma var”.
Ekspertlərin sözlərinə görə ağartı məhsullarında məhsullarında bahalaşma ümumi xarakter daşıyır. Həm heyvandarlıq, həm yem bazası problemləri ağartı məhsullarının qiymətinə təbii olaraq təsir edir.
Qeyd edək ki, Salyan bazarlarında növünə görə 1 kq pendir 5, 6, 7, 1 kq şor 2.50, 3, 4, 1 litr süd 1 manata satılır. Ötən illə müqayisədə qiymətlərdə 50 q, 1 manat, bəzən isə 1.50 qəpik bahalaşma müşahidə olunur.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO