Kriştianu Ronaldu karyerasını başa vura bilər
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu idmandan ayrılmağa hazırlaşır.
"Ulusum.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı hücumçu hazırkı "Əl-Nəsr" klubu ilə müqaviləsinin sonunda peşəkar karyerasını başa vurmaq barədə düşünür. Bununla yanaşı, Ronaldu Portuqaliyaya qayıdaraq, yerli klublardan biri ilə son müqaviləsini imzalamaq variantını da istisna etmir.
Səudiyyə komandası üçün keçirdiyi 83 oyunda Ronaldu 74 qol vurub və 18 məhsuldar ötürmə edib.
Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində "Əl-Nəsr" hazırda 25 xal toplayaraq dördüncü yerdədir. Çempionatın lideri isə 36 xala sahib olan "Əl-İttihad" komandasıdır.
Ronaldu ailəsi ilə birlikdə 2023-cü ilin yanvar ayından Səudiyyə Ərəbistanına köçərək "Əl-Nəsr" klubunun hücumçusu olub. Ölkədə kişi və qadının nikah olmadan birgə yaşamasına icazə verilməsə də, əfsanəvi futbolçuya xüsusi icazə verilib və o, uşaqlarının anası ilə birgə yaşaya bilir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi