"Bu, qol olacaq" - RONALDUNUN SİRRİ
İddialı futbolçu olan Kriştianu Ronaldu özünə olan təlimatlarla bu inamı daha da artırmağa çalışır.
ULUSUM.az xəbər verir ki, portuqaliyalı ulduzun aprelin əvvəlində Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in “Abha” ilə oyununu incələyən Qustavo Maçado maraqlı faktı ortaya çıxarıb.
Həmin axşam Ronaldu het-trik edib, daha iki qolun ötürməsini verib və komandasının böyükhesablı (8:0) qələbəsində müstəsna rol oynayıb.
Dodaq oxuyan Qustavo Maçado ulduz futbolçunun həmin oyunda cərimə zərbəsini vurmazdan əvvəl sözlərini deşifrə edə bilib. Sən demə, Ronaldu zərbə vurmağa hazırlaşarkən öz-özünü bu sözlərlə motivasiya edib: “Sən ən yaxşısısan. Bu qol olacaq”.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir.
#idman #xeberler
21-04-2024, 08:30
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
