Şirvanda motosikletlə yük maşını toqquşub - Ölən var Hadisə
Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Qəza H.Əliyev prospektində qeydə alınıb. Motosikletin yük maşını ilə toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (apa) ✍️"Ulusum".az...
12-05-2025, 10:10
Sabunçuda köməkçi tikilidə yanğın – Bir nəfər həyatını itirdi Hadisə
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb....
11-05-2025, 12:35
Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə dünyasını dəyişib Hadisə
Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Bakıya gələrkən təyyarədə ölüb. Ulusum.az "Report"a istinadən xəbər verir ki, azərbaycanlının Surqut-Bakı aviareysini həyata keçirən təyyarədə halı pisləşib və dünyasını dəyişib. Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır....
11-05-2025, 10:01
Almaniyada psixiatriya xəstəxanasında üsyan Hadisə
Almaniyanın Bedburq-Hau şəhərində yerləşən məhkəmə-psixiatriya xəstəxanasında üsyan baş verib. Bu barədə Bild nəşri məlumat yayıb. Gücləndirilmiş mühafizədə saxlanılan beşədək pasiyent binanı barrikada quraraq yandırıblar. Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, üsyan edənlər...
11-05-2025, 10:00
Şəmkirdə 21 yaşlı oğlan intihar edib Hadisə
Şəmkirdə intihar hadisəsi baş verib. Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdlü İ. Rüstəmov həyətlərində olan istixanada özünü asıb. Gəncin meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Gəncin hansı səbəbdən intihar etməsi məlum...
10-05-2025, 20:00
FHN Mətbuat xidmətinin məlumatı Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub. Yuxarı Şirvan kanalında baş vermiş hadisə ilə bağlı son məlumatlara əsasən, 2006-cı il təvəllüdlü Samir Mirzə oğlu...
10-05-2025, 16:53
Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub Hadisə
Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən...
10-05-2025, 11:37
Bakıda dəhşətli yanğın – 4 otaqlı ev külə döndü Hadisə
Bakıda 4 otaqlı ev tamamilə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb....
10-05-2025, 09:24
Masallıda ağır qəza: ölən və yaralananlar var Hadisə
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ulusum".az-ın “Report”a istinadla məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu...
9-05-2025, 14:35
Futbol Bayramı Tərs Çevrildi: Azarkeşlərə Çırpılan Avtomobil Partladı Hadisə
Parisdə, PSJ-nin “Arsenal” üzərindəki qələbəsi münasibətilə keçirilən şənliklərdə ciddi faciə baş verib. Azarkeşlər Elysée meydanında sevinclə bayram edərkən, bir avtomobil hiddətlənmiş toplanan insanlara çırpılıb. Hadisə nəticəsində avtomobil yanmağa başlayıb və ardından partlayıb. Bir neçə nəfər ağır xəsarət alıb, birinin vəziyyəti...
8-05-2025, 18:00