Almaniyada psixiatriya xəstəxanasında üsyan
Almaniyanın Bedburq-Hau şəhərində yerləşən məhkəmə-psixiatriya xəstəxanasında üsyan baş verib. Bu barədə Bild nəşri məlumat yayıb. Gücləndirilmiş mühafizədə saxlanılan beşədək pasiyent binanı barrikada quraraq yandırıblar. Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, üsyan edənlər arasında xüsusilə təhlükəli cinayətkarlar ola bilər. Eyni zamanda, onların girov götürməsindən ehtiyat edilir. Vəziyyət hələ də gərgin olaraq qalır.
Məlumata əsasən, üsyana şənbə günü – 10 may tarixində səhər saatlarında 27 yaşlı bir pasiyentin nəzarəti itirməsi səbəb olub. Qısa müddət sonra digər xəstələr də ona qoşulublar.
Üsyanın başçısının sərxoş vəziyyətdə və olduqca aqressiv olduğu bildirilib. O, sərt qorunan zonada spirtli içkini necə əldə etdiyi isə açıqlanmayıb.
Sonradan məlum olub ki, üsyançılar polisə təslim olublar. Dəqiqləşdirilmiş məlumata görə, onların girovları olmayıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi