Azərbaycan ərazisinə keçmiş iki erməni qarşı tərəfə təhvil verilib Hadisə
Azərbaycan ərazisinə keçmiş iki erməni yeniyetmə Ermənistan tərəfinə təhvil verilib. Hadisə Zəngəzur (Sünik) rayonunda baş verib. Məlumatı Dığ icmasının başçısı Ermənistan KİV-nə bildirib. Yeniyetmələrin azaraq sərhədi keçməsi səbəbindən qarşı tərəfə qaytarıldığı qeyd olunub. Ulusum.az...
7-06-2025, 20:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin əsl niyyəti üzə çıxdı: Buna görə?! Hadisə
Bəzi şəxslərin özlərini "seçilmiş", "peyğəmbər" və ya "Mehdi" elan etməsi, psixi sağlamlıq sahəsində müəyyən pozuntuların əlaməti ola bilər. Psixiatr Azər Bağırovun fikrincə, bu cür hallarda depressiv psixozun manik dövründə olan şəxslər özlərini həqiqətən belə hesab edə bilərlər. Bu vəziyyətlərdə şəxslər...
7-06-2025, 19:00
"Talassemiya işi": Təqsirləndirilən qadınlar apellyasiya şikayəti veriblər Hadisə
Talassemiyalı uşaqların müalicəsi üçün toplanan vəsaitləri mənimsəməkdə təqsirləndirilən üç qadın – Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Onlardan yalnız Seyidova ittihamların bir hissəsini qəbul etsə də, cəzanı ağır hesab edir və...
7-06-2025, 18:00
Bakıda dəhşətli qəza: Mercedes yük maşını “Volkswagen”ə çırpıldı – 3 ölü, 1 yaralı - VİDEO Hadisə
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Hadisə iyunun 7-də saat 14:00 radələrində Böyükşor qəsəbəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük maşını qarşı yola çıxaraq "Volkswagen" markalı minik avtomobili ilə...
7-06-2025, 16:05
Attraksion havaya qalxdı, uşaqlar yerə çırpıldı Hadisə / Dünya
Cənubi Afrikada iki uşaq şişirdilmiş tullanma qalasından 12 metr hündürlükdən yıxılıb. Bu barədə Daily Mail məlumat yayıb. Hadisə Krüqersdorp şəhərində yerləşən Laerskool Protearif ibtidai məktəbində xeyriyyə tədbiri zamanı baş verib. Güclü külək səbəbindən yerə möhkəmləndirilməmiş attraksion havaya qalxıb. Həmin anda onun içində uşaqlar...
7-06-2025, 15:00
6 yaşlı oğlunu “şeytan çıxarmaq üçün” qətlə yetirdi Hadisə / Dünya
ABŞ-ın Florida ştatında yaşayan 41 yaşlı qadın 6 yaşlı oğlunu öldürməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə REN TV Teleqram kanalında məlumat yayıb. Məlumata görə, Ronda Paulis oğlunun itkin düşməsindən 12 gün sonra onun meyiti aşkar edildikdən sonra şübhəli bilinib. Polis qadının sosial şəbəkələrdə paylaşdığı qəribə dini...
7-06-2025, 14:00
Qurban kəsimi faciəyə çevrildi – Türkiyədə 14 min yaralı Hadisə / Cəmiyyət
Qurban bayramı zamanı Türkiyədə 14 mindən çox insan xəsarət alıb. Bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial şəbəkəsində məlumat verib. Nazirin bildirdiyinə görə, ümumilikdə 14 372 nəfər qurban kəsimi zamanı müxtəlif dərəcəli xəsarətlərlə tibb müəssisələrinə müraciət edib. Ən çox xəsarət alanlar Ankarada qeydə...
7-06-2025, 13:00
Moskva məhkəməsi ekstremist çağırışlara görə blogeri həbs etdi Hadisə / Dünya
Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi bloger Areq Şepixin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Ulusum.az TASS-a istinadən xəbər verir. “Moskva şəhəri Zamoskvoreçye Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanlarının vəsatəti təmin olunaraq Areq Samveloviç Şepixin (Ohanesyan) barəsində iki ay müddətinə həbs qətimkan...
7-06-2025, 10:00
Masallıda toya gələn qonağın vəhşicəsinə döyülərək öldürülməsinin TƏFƏRRÜATI Hadisə
Cəlilabad rayon Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib. Ulusum.az xəbər verir ki, mərhum həmkəndliləri olan 2 qardaşla mübahisə zamanı döyülüb. Onların həmin an içkili olduğu bildirilir....
7-06-2025, 09:45
Pakistanlı iş adamı saxta pasportla Azərbaycana daxil olarkən həbs edildi Hadisə
Azərbaycana saxta pasportla daxil olmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb. 1991-ci il təvəllüdlü bu şəxs əvvəlcə Bəhreyn Krallığında biznes fəaliyyəti ilə məşğul olub, lakin uğur qazana bilmədikdən sonra Azərbaycanda biznes qurmaq məqsədilə ölkəyə gəlmək istəyib. Pasportunun müddəti bitdiyindən, Bəhreyndəki Pakistan səfirliyinə...
7-06-2025, 09:03