Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib
Florida ştatında oğurluq etdiyi iddia edilən bir kişi, polisin onu həbs etməyə yaxınlaşdığını hiss etdikdə, yarım milyon dollardan çox dəyəri olan sırğaları udmağa çalışıb.
“Ulusum”.az BBC=yə istinadən xəbər verir ki, Orlando polisinin verdiyi məlumata görə, 32 yaşlı Jaythan Gilder, Floridadakı məşhur "Tiffany & Co" mağazasında işçilərə "peşəkar idmançı" olduğunu söyləyərək yalan danışıb. Ardınca, Gilderin sırğaları oğurlayıb və mağazadan qaçdığı bildirilir.
Polisin onu yaxalayacağını anlayan Gilder, sırğalarla yanaşı, başqa bir qiymətli əşyanı da udmağa cəhd edib. İddialara görə, Gilder 769,500 dollar dəyərində 2 cüt sırğa və almaz üzüyü oğurlamağa çalışıb.
Cevik davranan polis, onun mədəsində və qarın boşluğunda qiymətli əşyaların olduğunu göstərən rentgen şəkli çəkib. Lakin BBC-nin sualına cavab olaraq, Orlando polisi zinət əşyalarının tapılıb-tapılmadığını açıqlamayıb.
Bundan əlavə, polis bildirib ki, Gilder daha əvvəl də həmin mağazadan oğurluq edib və 2022-ci ildə Texasda da bir mağazanı qarət edib. Həmçinin, Kolorado ştatında onun axtarışı üçün 48 həbs qərarı mövcuddur.
Polis, Jaythan Gilderi quldurluq və birinci dərəcəli böyük oğurluqda ittiham edib. O, məhkəmədə günahkar olduğu sübuta yetirilənədək günahsız sayılır.
Rəxşəndə İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN