Oğuz rayonunda yağan güclü leysan bir sıra problemlərə səbəb olub
Oğuz rayonunda yağan güclü leysan bir sıra problemlərə səbəb olub.
Ötən gün günorta saatlarından başlayaraq Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Güclü leysan yağışları nəticəsində rayon mərkəzindən 50 km məsafədə yerləşən Filfilli kəndinə sel gəlib.
Ulusum.az xəbər verir ki, güclu yağış nəticəsində Filfilli kəndində kənd daxili çaylardan sel keçib. Dağlardan gələn sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını, arı pətəklərini sel aparıb, bir-neçə sakinin həyətyanı sahəsinin daş hasarlarını dağıdıb. Kəndin bir hissəsindən digər hissəsinə gedən yolun üstündəki körpünü sel suları dağıdıb. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb.
Qeyd edək ki, Filfilli kəndindən 8 km uzaqda yerləşən Xaçmaz kəndində də bir sıra fəsadlar yaranıb. Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi