Cənub bölgəsində təbii fəlakət fəsadlar törədib - FOTOLAR
Cənub bölgəsində təbii fəlakət, Astara rayonunun Rinə kənd orta məktəbi də daxil olmaqla 7 məktəbə ciddi ziyan vurub.
Təbii fəlakət Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə də ziyan vurub.
Son günlər cənub bölgəsində havaların kəskin dəyişməsi, çayların məcrasından çıxması bir sıra fəsadlar törədib. Təbii fəlakət, fəsadlar təhsil ocaqlarından da yan keçməyib. Rinə çayının məcrasından çıxması, Astara rayonunun dağ kəndi olan Rinə kənd sakinlərinə ciddi ziyan vurub. Ara yollar tamamilə dağılıb, çay kənarında olan həyətyani sahələrdə meyvə bağları, arı ailələri məhv olub. Ən acınacaqlı vəziyyət isə Rinə kənd tam orta məktəbinin bir korpusundadır. Sel suları məktəbin içinə daxilib olaraq, sinif otaqlarını, invertarları, sənədləri yararsız hala salıb. Binanın içində 50 sm yaxın palçıq yığılıb.
Lənkəran – Astara Regional Təhsil idarəsinin əməkdaşı Tural Kərimov bildirib ki, artıq, Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüblər. "Son günlər hava şəraitinin pisləşməsi nəticəsində, Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan dəyib. Belə məktəb binalarından biri də, Astara rayon Rinə kənd tam orta məktəbinə aiddir. Leysan xarakterli yağışlardan sonra, məktəbin daxilinə və sinif otaqlarına sel suları keçib. Nəticədə partalar, stullar, şkaflar yararsız hala düşüb. Elm və Təhsil Nazirliyinin tikinti və təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb, araşdırmalardan sonra qısa zamanda bu və digər məktəblərlə bağlı müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, yaxın bir neçə saat ərzində bölgədə qeyri – sabit hava şəraitinin yenidən başlanılacağı proqnozlaşdırılır.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi