Cəlilabadda ev əşyaları ilə birlikdə yanaraq kül olub
Cəlilabadda evdə yanğın olub.
Yanğın hadisəsi Cəlilabad rayonun Fətullaqışlaq kəndində qeydə alınıb. Kənd sakini Samir Babayevə məxsus bir mərtəbəli, təxminən 70 kv-lıq ev tamamilə yanıb. Kənd sakinləri yanğının qarşısını almağa çalışıblar. Evdən hər hansı bir əşya çıxartmaq mümkün olmayıb. Yanğın zamanı evdə olan ailənin 3 övladı dərhal hadisə yerindən uzaqlaşdırılıb. Rayon mərkəzindən 40-50 kilometr uzaqlıqda və meşəlik ərazidə yerləşən kəndə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin müvafiq bölmələri gələrək alovu lokallaşdırıblar. Yanğının genişlənərək meşə massivinə keçməsinin qarşısını alıblar.
İlkin məlumata görə yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi