Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə külə döndü - VİDEO
Kürdəmirdə 6 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə döndü.
Ulusum.az-ın məlumatına görə, hadisə yerinə FHN-nin əməkdaşları cəlb olundu.
Hadisə bu gün günorta saatlarında rayonun Həzi Aslanov küçəsi 26 nömrəli evdə qeydə alınıb.
Belə ki,rayon sakini Şakir Kazımova məxsus 2 ailənin yaşadığı ümumi sahəsi 240 kv metr olan birmərtəbəli 6 otaq və bir mətbəxdən ibarət olan ev yanar kanstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın zamanı evdə heç kimin olmadığından yanğın barədə ev sahibinə qonşular məlumat veriblər. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəinin 3 yanğınsöndürən maşını və 16 nəfər şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin bir otağı 20 kv metr sahədə digər otağı isə 30 kv metr sahədə yanğından mühafizə olunub. Qalan hissələr isə əşyalarla birlikdə yanıb. Ev sahibinin sözlərinə görə on küllü miqdarda maddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
