Lənkəranda idarəetməni itirən avtomobil kanalına aşıb - FOTOLAR
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.
Lənkəranda idarəetməni itirən avtomobil kanalına aşıb.
Hadisə bu gün günorta saatlarında Ələt - Astara - İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 - ü, sürücü və Astara rayon sakinləri 1995 - ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 - cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 - nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.
Qeyd edək ki, qəzada xəsarət alan sürücü Azərim Azərili, Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi