Lənkəranda minik avtomobili iki piyadanı vurdu
Lənkəranda minik avtomobili iki piyadanı vurub, onlardan biri ölüb.
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ulusum.az-ın məlumatına görə, iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi bu səhər Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili piyada olan Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Piyadalar ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki yaralıya tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalıb.
E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi