Sumqayıtda qazilər arasında - Silahlı İnsident
Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb. Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus "Toyota Prado" markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək, onun maşından düşməsini tələb edib.
M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.
İnsidentdə iştirak edən hər iki şəxs İkinci Qarabağ müharibəsi qazisidir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi