29-07-2025, 11:27 0 Cəmiyyət / Hadisə

Bakıda dəhşətli anlar: 8 yaşlı uşağı xilas edərkən özü həyatını itirdi

Bakıda dəhşətli anlar: 8 yaşlı uşağı xilas edərkən özü həyatını itirdi
Bakıda çimərlikdə iki nəfər boğulub.

Ulusum.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.

İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov 8 yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Diqqət Çəkənlər
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.