“Liverpul”un ulduzu Diogu Jota faciəvi şəkildə həyatını itirdi
Marca nəşrinin məlumatına görə, Diogu Jozé Teyşeyra da Silva, futbol dünyasında Diogu Jota adı ilə tanınan hücumçu, 3 iyul səhəri İspaniyanın Samora əyalətində baş verən yol-nəqliyyat hadisəsində həlak olub. Qəza A-52 avtomagistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi yaxınlığında baş verib.
Mənbənin məlumatına görə, avtomobildə Jota ilə birlikdə onun qardaşı Andre Silva da olub. Bir neçə gün öncə Diogu Jota uzun illərdir (2012-dən bəri) münasibətdə olduğu Rute Kardozu ilə rəsmi nikaha daxil olmuşdu. Cütlüyün üç uşağı var idi.
Diogu Jota 2020-ci ildən “Liverpul” klubunda çıxış edirdi. Ondan əvvəl “Vulverhempton” və “Portu” klublarının formasını geyinmişdi. Portuqaliya millisində 49 oyun keçirərək 14 qol vurmuşdu.
Geridə qalan mövsümdə Jota “Liverpul”un heyətində 37 oyuna çıxmış, 9 qol vurmuş və 4 məhsuldar ötürmə etmişdi. Komandası ilə birlikdə İngiltərə Premyer Liqasının çempionu olmuşdu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi