Türkiyədə iki günə 150 meşə yanğını — 17 nəfər saxlanılıb
Yay fəslinin təsiri ilə Türkiyənin bir çox bölgəsində meşə yanğınları ard-arda baş verir. Son iki gündə xüsusilə Antalya, Sakarya, Bursa və Tekirdağ şəhərlərində alovlar geniş əraziləri əhatə edib. Fövqəladə hallar və meşə mühafizə qüvvələri hadisə yerlərində fasiləsiz olaraq yanğınlara müdaxilə edir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, son 48 saat ərzində ölkə üzrə 150 meşə yangınına müdaxilə olunub. Qeyri-sabit hava şəraiti, külək və yüksək temperatur söndürmə işlərini çətinləşdirir.

Digər tərəfdən, ədliyyə naziri Yılmaz Tunç bəyan edib ki, bu yanğınlarla bağlı aparılan araşdırmalar nəticəsində 17 nəfər saxlanılıb. Saxlanılan şəxslərin bəziləri ehtiyatsızlıq, digərləri isə qəsdən yanğına səbəb olmaq şübhəsi ilə istintaqa cəlb olunub.
Nazirliklər əhaliyə çağırış edib: meşə və təbiət ərazilərində atəş yandırmaq, siqaret atmaq və ya şübhəli fəaliyyətlə məşğul olmaq ciddi təhlükə yaradır. Hər kəsdən maksimum diqqət və məsuliyyət tələb olunur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi