27-06-2025, 10:30 0 Cəmiyyət / Hadisə

DİN: Kinostudiyanın anbarındakı partlayışda xəsarət alan olmayıb

DİN: Kinostudiyanın anbarındakı partlayışda xəsarət alan olmayıb
C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ulusum.az

Diqqət Çəkənlər
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.