Moskvanın yaşayış binasında dəhşətli partlayış
Moskvanın cənub-qərbində, General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü partlayış və ardınca yanğın baş verib. İnsident doqquzuncu mərtəbədə başlasa da, alov qısa zamanda yayılıb və iki mənzil tamamilə yanıb. Partlayışın gücü nəticəsində səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun yaranıb.
Əməliyyat xidmətlərindən verilən ilkin məlumata görə, hadisə baş verən mənzil tamamilə dağılıb. Binanın girişindən sakinlərin təxliyəsi həyata keçirilir.
"SHOT" teleqram kanalının paylaşdığı məlumatda bildirilir ki, partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb, onların arasında uşaqlar da var. Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi