May Aksiyası Qarışıqlığa Çevrildi – Polis Rezin Güllə və Qaza Əl Atdı
İsveçrənin Zürix şəhərində 1 May — Beynəlxalq Əmək Günü münasibətilə keçirilən aksiyada polislə nümayişçilər arasında qarşıdurma baş verib. Şəhər polisinin X sosial şəbəkəsində verdiyi məlumata görə, rezin güllələr və gözyaşardıcı qaz yalnız nümayişçilərin aqressiv davranışlarından sonra tətbiq olunub.
🪧 Rəsmi mitinq “Düşmənçilik yox, həmrəylik!” şüarı altında dinc şəkildə keçirilib və təxminən 14 min nəfər iştirak edib. Lakin aksiyadan sonra radikal sol qruplar icazəsiz yürüş təşkil edib.
👮♂️ Polis əvvəlcə vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, hücumlar başlayandan sonra xüsusi vasitələrdən istifadə etmək və nümayişçiləri saxlayaraq dağıtmaq qərarı verib.
“Polisə edilən hücumlardan sonra rezin güllə və qıcıqlandırıcı maddələr tətbiq edildi. Aqressiv şəxslərin fəaliyyəti hələ də davam edir. Vaxtaşırı polis səddini yarmaq cəhdləri müşahidə olunur. Vətəndaşlardan Kasarnenştrasse bölgəsindən uzaq durmaları və polis təlimatlarına əməl etmələri xahiş olunur”, – deyə Zürix polisi bildirib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi