Kabus gecə: 3 yaşlı uşaq anasının dəhşətli qətlini ifşa etdi
ABŞ-ın Mayami şəhərində qan içində küçədə tək dolaşan üç yaşlı qızcığaz, polis əməkdaşlarını onun qətlə yetirilmiş anasının cəsədinə aparıb. Bu barədə Mirror nəşri məlumat yayıb.
Qonşular qanlı üzü və paltarı olan uşağı gördükdən sonra onun nənəsinə xəbər veriblər. Nənə dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Polis əməkdaşları əvvəlcə 24 yaşlı Mariya Kamila Qarsiya-Molinanı onun evində tapa bilməyib və axtarışlara başlayıb. Daha sonra qadının bədəni qanlı avtomobilin içində, dəsmala bükülmüş vəziyyətdə, çoxsaylı bıçaq yaraları ilə aşkarlanıb.
Qətldə qadının keçmiş sevgilisi, 29 yaşlı Coy Çandra Nat şübhəli bilinib. O, qısa müddət sonra saxlanılıb və ikinci dərəcəli qətldə, həmçinin uşağa qarşı qəddar davranışda ittiham olunub. Polis araşdırmaları göstərib ki, hadisə baş verən zaman uşaq anası və onun keçmiş sevgilisi ilə birlikdə olub.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi