ABŞ-dan Yəmənə qanlı zərbə: Neft limanı bombalandı, 38 ölü
“Ulusum”.az-ın məlumatina görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi Telegram kanalında verdiyi açıqlamada, Qırmızı dəniz sahilində yerləşən Yəmənin Ras-İsa limanına hava zərbələri endirdiklərini bildirib. Hədəf isə İran tərəfindən dəstəklənən husilərə məxsus yanacaq ehtiyatları olub.
Vaşinqton bəyan edib ki, bu əməliyyatla “Ənsar Allah” hərəkatını 10 ildən artıqdır davam edən neft qaçaqmalçılığından əldə etdiyi “qanunsuz gəlir”dən məhrum ediblər. ABŞ tərəfi, eyni zamanda, Yəmən xalqına zərər yetirmək niyyətində olmadıqlarını vurğulayıb və əlavə edib ki, bu xalq “husilərin əsarətindən azad olmaq arzusu ilə yaşayır”.
Lakin hücumun miqyası ilə bağlı husilər tamamilə fərqli məlumat yayıblar. Onların rəsmi Telegram kanalında bildirilir ki, ABŞ Ras-İsa limanına 14 hava zərbəsi endirib. Nəticədə 38 nəfər həyatını itirib, 102 nəfər isə ağır yaralanıb.
“Ənsar Allah” təşkilatı bildirib ki, sözügedən liman yalnız mülki infrastruktur idi və bu hücumu qəti şəkildə hərbi cinayət adlandırıb:
“Ras-İsa neft limanına hücum hərbi cinayətdir. Bu, bir daha sübut edir ki, amerikalılar mülki obyektləri bilərəkdən bombalayır”, – deyə onların açıqlamasında qeyd olunur.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi