Oğrular Los-Ancelesdəki zərgərlik mağazasına tunel qazaraq soygun etdilər
Oğrular Los-Ancelesin mərkəzindəki zərgərlik mağazasına keçmiş beton divardan tunel qazaraq daxil olub və ən azı 10 milyon dollar dəyərində saatlar, asqılar, qızıl zəncirlər götürüblər.
“Ulusum”.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Böyük soyğunçuluq ötən həftəsonu Broadway-də yerləşən Love Jewels mağazasında baş verib. Bazar günü axşam saatlarında oğrular qonşu binadan divarda öncədən açılmış tunel vasitəsilə mağazaya girməyi bacarıblar. İstintaq hələ də neçə nəfərin soyğunda iştirak etdiyini dəqiqləşdirə bilməyib, amma polis bildirib ki, oğrular mağazadan həmin tunel vasitəsilə çıxıb və ən son model bir Chevy yük maşını ilə qaçıblar. Mağaza işçiləri hadisəni yalnız bazar ertəsi səhər işə gəldiklərində öyrəniblər.
Mağaza sahibi bildirib ki, oğrular iki böyük seyfi qırıb və içində sığortalanmamış malların olduğu bütün əşyaları oğurlayıblar. Ziyan 20 milyon dollardan çox olub. Siqnalizasiya işə düşməyib və təhlükəsizlik kameraları da söndürülüb. Yalnız çərşənbə günü işçilər tuneldən girilən divarı bağlayıb və sındırılmış şüşələri təmizləyiblər. Daimi müştərilər baş verənlərə görə başsağlığı vermək üçün mağazaya gəliblər, bəziləri isə biznesi dəstəkləmək məqsədilə sifariş veriblər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN