Dominikan Respublikası hakimiyyəti 3 günlük matəm elan edib
Dominikan Respublikasının Prezidenti Luis Abinader çərşənbə axşamı gecə Santo Dominqodakı Jet Set gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.
“Faciə nəticəsində insan tələfatı çox böyükdür, baş verənlər sarsıdıcıdır”, - dövlət başçısının sərəncamında qeyd olunur.
Abinader X sosial mediasında da yazıb ki, “bütün xilasetmə xidmətləri lazımi yardımı göstərir və insanları xilas etmək üçün yorulmadan çalışır”.
Rəsmi məlumatlara görə, Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində 29 nəfər ölüb, müxtəlif KİV-lər isə 58 nəfərin öldüyünü yazır. Santo Dominqoda insanların qan verə biləcəyi donor mərkəzləri açılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir