Bayden-Tramp debatında "Türkiyə" izi FOTO
ABŞ prezidenti Co Bayden və keçmiş ABŞ prezidenti Donald Tramp 2024-cü il ABŞ prezident seçkiləri öncəsi ilk canlı yayım debatını keçirib. ABŞ tarixində prezidentlik debatları arasında reklamla kəsilən ilk debat olan yayım zamanı Türkiyənin turizm reklamı edilib.
Ulusum.az xəbər verir ki, ABŞ-da prezident seçkiləri öncəsi ABŞ prezidenti Co Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp canlı yayımda bu barədə danışıblar. Bayden-Tramp debatı tarixdə reklamla kəsilən ilk debat idi. Reklamdakı “ Türkiyə ” detalı diqqət çəkib.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp canlı yayımda ilk debatda bunu baş-başa qoyub. Tramp proqram boyu rəqibi üzərində aşkar üstünlük əldə edə bilməsə də, Bayden ikinci dəfə yaşı ilə bağlı narahatlığı aradan qaldıracaq bir performans nümayiş etdirə bilmədi.
ABŞ TARİXİNDƏ İLK
Ölkədə prezidentliyə namizəd debatları 1988-ci ildən Prezident Müzakirələri Komissiyası (CPD) tərəfindən təşkil olunduğu halda, sonuncu debat ilk dəfə bir media qurumu (CNN) tərəfindən keçirilib. Reklamlar əvvəllər debatdan əvvəl və sonra yayımlanırdısa, CNN-də yayımlanan Bayden-Tramp debatı ABŞ tarixində prezidentlik debatları arasında reklamla kəsilən ilk debat oldu. Dünyanın diqqətlə izlədiyi yayımda iki reklam fasiləsi olub.

İLK REKLAM TÜRKİYƏNİN TANITIMI OLDU
90 dəqiqəlik müzakirədən sonra yayımın ilk fasiləsində Türkiyənin turizm tanıtım reklamı yayımlanıb. İlk fasilədə ekrana Türkiyənin rəsmi səyahət saytı GoTurkiye.com-un reklamı çıxıb. Saytın “İstanbul is the new cool” qeydi ABŞ prezidentlərinin debatları zamanı milyonlarla izləyici ilə qarşılaşıb.

Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
