ABŞ-də Bayden-Tramp debatı başa çatdı
ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.
Ulusum.az xəbər verir ki, CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb, iki CNN aparıcısı müzakirəyə moderatorluq edib və suallar verib. Bayden və Tramp növbə ilə danışıblar, bir iştirakçı danışarkən digərinin mikrofonu səssiz qalıb.
Müzakirənin birinci hissəsi Amerikanın daxili gündəmində olan iqtisadi problemlər, miqrasiya, abort və digər məsələlərə həsr olunsa da, söhbət tez bir zamanda beynəlxalq mövzulara keçdi.
Əvvəlcə söhbət Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılmasına getdi - Tramp bunu “ölkə tarixində ən biabırçı məqam” adlandırıb və sonra deyib ki, bu vəziyyət başqa şeylərlə yanaşı, Rusiyanı Ukraynanı işğal etməyə sövq edib.
"Həyatımda heç vaxt bu qədər cəfəngiyat eşitməmişəm", – Bayden söyləyib.
Tramp növbəti dəfə qələbə qazanacağı təqdirdə münaqişəni həll edəcəyini bir daha bəyan edib, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini vurğulayıb.
Debat iştirakçıları mütəmadi olaraq bir-birlərini yalan danışmaqda ittiham edir və bir-birlərini söz atəşinə tuturdular. Jozef Biden bir məqamda Trampın hərbi qulluqçulara və veteranlara münasibətini toxunaraq keçmiş prezidenti uğursuz adlandırıb. Tramp isə Baydeni tarixin ən pis prezidenti adlandırıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO