Məktəblərdə monitorinqlər keçirilir
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatına əsasən məktəblərdə monitorinqlərə start verilib.
Agentlikdən Ulusum.az-a verilən məlumata əsasən, İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
