Hökumət əleyhinə aksiyada qarşıdurma
Buenos-Ayresdə Konqresin binası qarşısında hökumət əleyhinə aksiyanın iştirakçıları ilə polis arasında toqquşma olub.
Ulusum.az xəbər verir ki, polisin baryerlər qurmasından sonra bir qrup nümayişçi asayiş keşikçilərinə butulka, çubuq, daş və səki plitələri atmağa başlayıb, həmçinin avtomobili yandırıb.
Polis bunlara gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.
Son məlumatlara görə, Konqresin binası qarşısında keçirilən aksiyada minlərlə insan iştirak edir.
Çərşənbə günü parlamentin yuxarı palatasında qanun layihəsinə baxılması prosesi başlayıb. Bu, hökumətin iqtisadiyyatın tənzimlənməsinin ləğvinə yönəlmiş islahatlar paketini parlamentdən keçirmək üçün ikinci cəhdidir. Birinci versiya 600-dən çox maddədən ibarət idi və ötən il dekabrın sonunda Konqresə göndərilib. Fevral ayında bəndlər üzrə uğursuz səsvermədən sonra hökumət qanun layihəsini geri çağırıb. Müxalifətin təzyiqi ilə dəyişdirilən yeni mətn apreldə parlamentin aşağı palatası tərəfindən təsdiqlənib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər