Ankarada 21-ci Türk dünyasının öncülləri silsilə konfransı keçirildi FOTO VİDEO

TÜRKSOY tərəfindən bu il sayca 21-ci Türk dünyasının öncülləri silsilə konfransı tərkibində ötən gün Ankarada İraq türklərinin milli yazarı, İraq türkmanlarının böyük mütəfəkkiri, tədqiqatçı, vəkil, jurnalist, yazıçı Ata Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Ulusum.az-a özəl verilən məlumata əsasən, konfransda eyni zamanda Kərkük Kültür Dərnəyinin başkanı, yazıçı-jurnalist Şəmsəddin Küzəçinin müəllifi olduğu “Kərkükün təməl daşı - Ata Tərzibaşı” kitabının da tanıtımı olub. Kitab təmtəraqlı nümayiş etdirildikdən sonra ona nəzər salınıb.
Tədbir Kərkük Kültür dərnəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) tərəfindən təşkil olunub. Tədbirdə bir sıra alimlər, professorlar, dövlət adamları, İraqın böyük elçiliyi, Qazi Universitetinin rektorluğu və bir sıra önəmli şəxslər iştirak edib. Qeyd edək ki, Azərbaycandan da AMEA-dan gənc alimlər dəvət olunub. Eləcə də Ulusum.az xəbər portalının Baş direktoru Rübabə Sahib də tədbirdə iştirak edib, hətta TÜRKSOY-un bu ilki 21-ci Türk dünyasının öncülləri silsiləsində Ata Tərzibaşının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransında türkmən milli geyimində Rübabə Sahib aparıcılıq edib. Sonra böyük şairin yaradıcılığı ilə bağlı müzakirələr aparılıb.
Rəsmi hissədən sonra konfransda musiqiyə yer ayrılıb.
Bir neçə önəmli şəxsə mükafat və təşəkkürnamələr təqdim edilib.
Eyni zamanda “Türksoy” və Kərkük Kültür Dərnəyi tərəfindən Ulusum.az xəbər portalının Baş direktoru Rübabə Sahibə mükafatlar və təşəkkürnamələr təqdim edilib.
Xatırladaq ki, bundan öncə may ayının 20-27-si aralığında Azərbaycanda da Kərkük Kültür Dərnəyinin başkanı, yazıçı-jurnalist Şəmsəddin Küzəçinin təşkilatçılığı ilə Əta Tərzibaşının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər və elmi konfrans təşkil edilmişdir. Orada da yenə Kərkük Kültür Dərnəyinin Azərbaycan üzrə təmsilçisi, Ulusum.az xəbər portalının rəhbəri Rübabə Sahib fəal şəkildə iştirak edib.
İraqdan 120 nəfərlik heyət özəl təyyarə vasitəsilə Azərbaycana gələrək Bakının ev sahibliyi etdiyi elmi-konfransda iştirak etmişdir.
Aymirə Ağamirova

Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO