Tanınmış radio işçisi işdən qovuldu
Fransalı komediya aktyoru Qiyom Meris İsrailin baş naziri Binyamin Netanyahuya qarşı tənqidi fikirlərinə görə "Radio France" milli yayımında işindən qovulub.
Ulusum.az xəbər verir ki, komediya ustası Merisin radioda yayımlanan proqramda Qəzzaya hücumlarını davam etdirən İsrail baş naziri Netanyahunu tənqid edən yumoristik açıqlamalarına görə işdən qovulduğu qeyd olunub.
"Radio France" bildirib ki, komediyaçının böyük səhvinə görə onunla əmək müqaviləsinə vaxtından əvvəl xitam verib. İcraiyyə Şurasının sədri Sibile Veil komediyaçının işdən çıxarılması ilə bağlı "Le Monde"yə açıqlamasında vurğulayıb ki, bu qərar Merisin inadkarlığı və dəfələrlə sədaqətsizliyi səbəbindən verilib.
"Qurum daxilində ifadə azadlığı və yumor heç bir şəkildə hədəf alınmayıb", - Veil bildirib. Onun sözlərinə görə, komediyaçıya dəfələrlə xəbərdarlıq edilib ki, tənqidi çıxışlarını dayandırsın: "Bizə işdən çıxarmaqdan başqa çarə qoymadı".
Qeyd edək ki, Avropa Yəhudiləri Təşkilatı oktyabrın 29-da proqramda Netanyahuya qarşı tənqidi və yumoristik açıqlamalarından sonra Qiyem Merisi şiddəti təşviq etdiyi və antisemit nifrət yaydığı əsas gətirilərək şikayət edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:25
LİMONLU RULET
Sağlamlıq
Bu gün, 12:56
Uzm. Dr. Rövşanə Həsənzadə: Saç boyası ana südünə keçmir – analar narahat olmasın VİDEO
Mətbəx
Bu gün, 11:39
İtburnu Çayının Ən Effektiv Dəmləmə Qaydası
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU