Sertifitaktlaşdırma ilə bağlı komissiya yaradıldı - İyulun 30-na kimi....
Təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən Ulusum.az-a bildirilib ki, idarənin aparatında və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.
Məlumata əsasən, komissiyaların fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
İdarənin məlumatına görə, qeyd olunan komissiyalara müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi Çağrı Mərkəzinə (146-0-8) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq.
Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
