Növbəti maqnit fırtınaları gözlənilir
Rusiya Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, alimlər cümə axşamı Günəşdə güclü partlayış qeydə alıblar.
Ulusum.az bildirir ki, partlayış 35 dəqiqə davam edib və HF radio rabitəsinin kəsilməsi ilə püşayiət olunub. Partlayışdan sonra institutun kosmik hava şəraitinin monitorinqinə əsasən, Günəşin rentgen şüalarının Yer kürəsinin ionosferinə təsir səviyyəsi beş ballıq şkala ilə R2 (orta) səviyyəsində olub.
Qeyd edək ki, iyunun 3-dən iyunun 5-dək alimlər daha səkkiz analoji sinfə aid (M) partlayış qeydə alıblar.
Xatırladaq ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A (minimum), B, C, M və X (maksimum). Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların təsirləri Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər
