Dünyanın ən hündür zirvəsi zibilliyə çevrildi - 11 ton tullantı....
Nepal ordusu "Təmiz Himalay" kampaniyası çərçivəsində Everestin yamaclarından və qonşu dağlardan 11 ton zibil yığıb.
Ulusum.az bildirir ki, Nepal Ordusunun Baş Qərargah rəisi Prabhu Ram Şarma bildirib ki, kampaniyanın əhəmiyyətini yalnız 55 gün ərzində toplanan zibilin miqdarı ilə qiymətləndirmək olmaz. Belə ki, hərbçilər zirvəyə qalxarkən həlak olan 5 nəfərin cəsədini də təxliyə ediblər.
"Kampaniyanın əldə etdiyi bir sıra nailiyyətlər Nepal xalqının təbiətin və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq işə sadiqliyini nümayiş etdirir", - deyə o bildirib.
Qərargah rəisinin sözlərinə görə, aksiyada 10 min hərbçi iştirak edib.
Qeyd edək ki, kampaniya aprelin 11-də başlayıb və 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə başa çatıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
