Sağ qalan 2-ci cangüdənin sirri...
Məşhur "The Time" dərgisi sensasion məlumat yayıb. Bu məlumat İran prezidenti Rəisinin faciəvi ölümü ilə bağlı yeni suallar yaradır.
Ulusum.Ulusum.az xəbər verir ki, qərbin ən nüfuzlu nəşrlərindən olan "The Time"sda gedən "The Questions Lingering Around the Death of Iran's President" (İran prezidentinin ölümü ilə bağlı suallar) adlı məqaləsinin girişində yazır: "Mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter itkin düşən zaman ilkin məlumatlarda deyilirdi ki, göyərtədə ikisi cangüdən olmaqla 9 sərnişin olub. Amma qəzada ölənlərin qalıqları tapıldıqdan sonra cəsədlərin sayı 8-ə düşdü. Dörd gün sonra sosial şəbəkələrdəki paylaşımlarda ikinci mühafizəçinin sirri üzə çıxdı: Cavad Mehrabl İbrahim Rəisinin anım mərasimində peşman bir halda göründü. Mətbuat bildirdi ki, son anda sağ qalan cangüdənin rəhbəri Mehdi Musəvi onu prezidentin helikopterindən kənarlaşdırıb və həmin gün hərəkət edən digər iki konvoya yollayıb.
Mehdi Musəvi qəzada öləndən sonra onun atası İran dövlət televiziyasına açıqlayıb ki, oğlunun bu səfərdən qayıtmayacağını bilirmiş.
"Səfərdən bir gün əvvəl o, bizi ziyarət etdi", - ata kamera qarşısında deyib.
"O, sağollaşdı və maşınına mindi, amma geri qayıtdı və 20 dəqiqə də bizimlə bir yerdə qaldı. Sonra getdi, lakin qısa bir yoldan sonra yenidən qayıtdı və bizimlə daha 10 dəqiqə vaxt keçirdi". Ata danışarkən az qala boğulur. "Oğlum üçüncü dəfə bizimlə sağollaşanda anasını öpdü, sonra əyilib anasının ayağından da öpdü, məni öpdü, sonra əyilib mənim də ayaqlarımdan öpdü.
"O zaman onun gedəcəyini və bir daha geri dönməyəcəyini bilirdim, bir daha görüşməyəcəyimizi bilirdim"...
Mehdi Musəvi İran prezidenti İbrahim Rəisinin təhlükəsizlik xidmətinin rəhbəri olub. Onun belə bir davranış sərgiləməsi təsadüfi ola bilərmi? Bu davranış ondan xəbər verir ki, Mehdi Musəvi sui-qəsd təhlükəsindən xəbərdar olub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN